Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

22:26 - 1 Aprel 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Əziz Hüseynov və 1978-ci il təvəllüdlü Elnur Məmmədov xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ə.Hüseynova sol körpücük sümüyünün sınığı, E.Məmmədova isə döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Xəbər xətti