Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb

12:39 - 19 Mart 2021 - HADİSƏ

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qəbələ rayon sakini N.Babayeva Sabunçu rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən 5 qram heroin, kirayədə yaşadığı mənzildən isə 3 kiloqram 470 qram heroin, 500 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Xəbər xətti