Siyəzəndə yol qəzası olub, ölən və xəsarət alan var

23:30 - 12 Mart 2021 - HADİSƏ

Siyəzəndə ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması zamanı İsmayılova Şəbnəm Qabil qızı dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Kərimov Əsəd Səməd oğlu isə xəsarət alıb. Ə.Kərimov təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boyun fəqərəsinin kompression sınığı diaqnozu qoyulub.

Xəbər xətti