Goranboyda yol qəzası zamanı iki nəfər xəsarət alıb

21:34 - 12 Mart 2021 - HADİSƏ

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayon mərkəzində qeydə alınıb.
Avtoqəza nəticəsində müxtəlif xəsarətlər alan 1942-ci il təvəllüdlü rayon sakini Paşayeva Nuriyyə Musa qızı və 1977-ci il təvəllüdlü Gözəlov Akif Elşad oğlu xəstəxanaya yerləşdirilib. Daha sonra yaralı qadın digər bölgə xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti