Dörd aydan çox komada qalan Vətən müharibəsi qazisi şəhid olub - FOTO

23:19 - 8 Mart 2021 - Xəbər

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Cəfərov Babək Maqsud oğlu şəhid olub.

O, ötən ilin oktyabr ayının 26-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışdı.
Həkimlərin səylərinə baxmayaraq, C. Babəkin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

///report


Xəbər xətti