Əksər rayonlarda qar yağıb - Faktiki hava

22:00 - 8 Mart 2021 - ÖLKƏ İÇİ

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, martın 8-i saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib.

Qeyd olunub ki, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Ağdam, Ağstafa, Tovuz, Zaqatala, Şəki, Quba, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda qar, Nabran, Biləsuvar, Neftçala, Hacıqabul, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Beyləqan, Yevlax, Göyçay, Mingəçevir, Ağsu,Şəmkir, Naxçıvan, Naftalanda yağış yağıb.

Xəbər xətti