Ukraynada Donbas sakinləri üçün turizm marşrutları yaradılacaq

18:39 - 8 Mart 2021 - DÜNYA

Ukrayna hökuməti ölkənin Donbas şəhərinin sakinləri üçün turizm marşrutlarının yaradılması ilə bağlı layihə hazırlayır.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin rəhbəri Maryana Oleskiv bildirib.

Onun sözlərinə görə, hökumət nəzarətsiz ərazilərin sakinləri üçün Ukraynanın qalan hissəsini ziyarət etmək, inteqrasiya etmək və ünsiyyət qurmaq üçün maraqlı marşrutlar hazırlamaq niyyətindədir.

"Bu müvəqqəti çətinliklər gec-tez sona çatacaq, ancaq insanlar arasındakı münasibətlər qalmalıdır", - o qeyd edib.

Xəbər xətti