Azərbaycanda daha 6 nəfər koronavirusdan ölüb

18:08 - 8 Mart 2021 - Xəbər

Azərbaycanda koronavirus infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Ucnoqta.az-aa Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 624, bu günə qədər isə ümumilikdə 2 657 999 test icra olunub.

Xəbər xətti