Avtomobil təmiri zamanı usta ilə müqavilə bağlanılmalıdır -VİDEO

20:39 - 7 Mart 2021 - Xəbər

Qəbələ rayonunda təmir sexinə gətirilən avtomobil elə ordaca yanıb. Avtomobillə bərabər maşın təmiri sexi də yanaraq yararsız hala düşüb.

Ucnoqta.az xəbər verir ki, bu hadisə təmirə aparılan avtomobillərin və həmin sexlərin təhlükəsizliyi məsələsini gündəmə gətirir.
Sürücülər bildirir ki, avtomobillərini təmirə aparan zaman baş verə biləcək mümkün təhlükəyə görə ustalarla heç bir müqavilə bağlamırlar.

Maşın təmiri ilə məşğul olan ustalar isə  bildirir ki, avtomobilləri təmir edən zaman maşındakı problemə görə öncədən öz tədbirlərini görürürlər.
Sığorta ekspertləri isə belə vəziyyətlərdə sonradan yarana biləcək mübahisələrin qarşısını almaq üçün bəri başdan müqavilə bağlanmasının vacib olduğunu bildirirlər.

Xatırladaq ki, dünən Qəbələ rayonunda avtomobil sexinə gətirilən maşının yanması nəticəsində  sexin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə və içərisində olan minik avtomobili yanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər xətti