"Liverpul" 6-cı dəfə məğlub oldu

20:24 - 7 Mart 2021 - İDMAN

İngiltərənin “Liverpul” futbol komandası ölkə Pemyer Liqasının 27-ci turunda “Fulhem”lə qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma Liverpulda keçirilib və qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qol görüşün 45-ci dəqiqəsində vurulub - Mario Lemin fərqlənib.

“Liverpul” bununla altıncı dəfə ev oyununda məğlubiyyətə uğrayıb. Komanda daha əvvəl "Byornli"yə (0:1), "Brayton end Houv Albion"a (0:1), "Mançester Siti"yə (1:4), "Everton"a (0:2) və "Çelsi"yə (0:1) məğlub olub.

"Liverpul" 28 matçda 43 xal yığaraq İngiltərə Premyer Liqasının yarış cədvəlində 7-ci yer tutur.

Xəbər xətti