Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir- YER ÇATIŞMIR

19:30 - 7 Mart 2021 - DÜNYA

Slovakiya koronavirus xəstələrini Almaniya və Polşaya göndərməyə başlayıb.

TASS ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Slovakiya xəstəxanalarının reanimasiya şöbələrində yer yoxdur. Təkcə ötən sutka ərzində ölkədə 2552 yeni yoluxma halı qeydə alınıb.

Hazırda Slovakiyada ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı ən yüksək həddə - 349 nəfərə çatıb. Məhz bu səbəbdən də artıq intensiv terapiya palatalarında boş yer qalmayıb.

İlk iki xəstə şənbə günü Almaniyanın Dortmund klinikasına göndərilib. Bu gün isə bəzi xəstələr Polşanın Qorlitsa şəhərindəki COVID hospitalına yola salınıb.///oxu.az

Xəbər xətti