Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum olub

18:40 - 7 Mart 2021 - HADİSƏ

Bakıda bədbəxt hadisə nəticəsinə vəfat edən qadının kimliyi müəyyənləşib.

Metronun "28 May" stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın - 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.

Onunn Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivində yaşadığı bildirilir.
Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti