Bakıda tikinti şirkətində bədbəxt hadisə- işçinin qolu amputasiya olundu

10:53 - 7 Mart 2021 - HADİSƏ

Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.
İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.
Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.

Xəbər xətti