Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb

11:27 - 6 Mart 2021 - HADİSƏ

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Xəbər xətti