Direktorların işə qəbulu üzrə test imtahanları başlayır

Bu gündən Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları başlayır.

İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun olaraq həyata keçiriləcək.

Test imtahanlarında elektron ərizəsi qəbul edilən 3 330 namizədin iştirakı nəzərdə tutulub.
İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.

İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları mütləqdir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Tarix
6 Mart 2021 [09:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-06 09:31:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin