Bayden İrana qarşı sanksiyaların müddətini 1 il artırıb

08:43 - 6 Mart 2021 - DÜNYA

ABŞ Prezidenti Cozef Bayden 1995-ci ildə Bill Klinton administrasiyası zamanı İran əleyhinə tətbiq edilmiş sanksiyalar rejiminin müddətini 1 il müddətinə artırıb. “Report”un məlumatına görə, bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir. Bayden 1995-ci ildə elan edilmiş İran barəsində "fövqəladə vəziyyət"in müddətini növbəti ilə qədər uzatması ilə bağlı Konqresə bildiriş göndərib. Bildiriş federal reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda dərc ediləcək.

Xəbər xətti