Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub - FOTO

20:03 - 5 Mart 2021 - HADİSƏ

Bu gün axşam saatlarında Gəncə şəhərində ağır yol qəzası baş verib.

Şəhərin Dədə Qorqud küçəsində "İsuzu" markalı sərnişin avtobusu ilə "Chevrolet" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

"Chevrolet" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıların çıxarılması üçün isə əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.///publika


Xəbər xətti