Rusiyada daha 11 min nəfərdə COVID-19 aşkarlanıb

15:38 - 5 Mart 2021 - DÜNYA

Rusiyada son bir gündə daha 11 024 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 301 159 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 462 nəfər artaraq 88 285-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 885 321 nəfər sağalıb.

Xəbər xətti