Paşinyan bütün adamlarını nəzarətə götürür - MTX HƏRƏKƏTƏ KEÇDİ

Ermənistan Milli Təhlükəsizlik Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinin sistemdən çıxarılması və ona birbaşa tabe olan bir qurum statusu verilməsini istəyir.

Publika.az xəbər verir ki, bu barədə "Qraparak" yazıb.
Bildirilib ki, baş nazir Nikol Paşinyan DTX-yə etibar etmir. MTX də bununla bağlı təklif etdiyi qanun layihəsini ictimai müzakirəyə çıxarıb.

“Bu, baş nazir və ailəsinin təhlükəsizliyini təmin edən xidmətdir. Dövlət Təhlükəsizlik Xidmətinin əsas məqsəd və vəzifələri dövlətin mühafizə obyektlərini təhdid edən təhlükənin proqnozlaşdırılması və müəyyənləşdirilməsi, bu təhdidlərin qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsi olmalıdır. Burada Nikol Paşinyanın DTX-yə etibar etmədiyi və öz mühafizəçilərini nəzarətinə götürməyə qərar verdiyi təəssüratı yaranır”,- qəzet yazır.

Tarix
5 Mart 2021 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-05 14:32:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin