Baytarlıq ekspertizasından keçməyən ət satışının qarşısı alındı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən, fiziki şəxs Eminov Natiq Fazil oğluna məxsus ət satışı mağazasında yoxlama keçirilib.

Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, yoxlama zamanı mağazada ətin baytarlıq ekspertizasından keçmədən, müvafiq baytarlıq şəhadətnaməsi olmadan satışa çıxarıldığı aşkar olunub. Eyni zamanada, mağazada sanitar-gigiyenik tələblərə əməl olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Tarix
3 Mart 2021 [18:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-03 18:41:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin