Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib

16:36 - 3 Mart 2021 - İQTİSADİYYAT

Rusiya martın 3-dən etibarən Azərbaycanın 8 müəssisəsindən alma, 19 müəssisəsindən pomidor idxalına icazə verib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti bildirib.

Qeyd olunub ki, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında, eləcə də birgə video yoxlamalar zamanı seçilmiş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrinə müvafiq olaraq verilib.///trend

Xəbər xətti