Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb

14:10 - 2 Mart 2021 - Xəbər

Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22,498 nəfər vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293,360 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Xəbər xətti