Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib

Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, "YAŞAT" Fondu qazilərimizin müalicəsi tam yekunlaşana qədər onları nəzarətdə saxlayacaq.

Bu günə kimi ağır yaralı olduğu üçün xaricə göndərilən qazilərimiz aşağıdakı şəxslərdir:

Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu, Quliyev Şahin Famiq oğlu, Hüseynov Kamil Dursunəli oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlu, Vəçhiyev Çingiz Məmməd oğlu, Quliyev Həsrət Həsən oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Əliyev Qismət Nəsib oğlu, Rustəmli İlkin Elçin oğlu, Eminov Aqil Vahid oğlu, Mehtixanov Məhəmməd Biroğlan oğlu, İsayev Valeh Mehrac oğlu, Həmidov Məhərrəm Əliəşrəf oğlu və Rəsulov Elşad Əlmurad oğlu.

Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Qeyd edək ki, eyni zamanda “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

 

Tarix
2 Mart 2021 [11:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-02 11:16:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin