Rusiya dünya çempionatından məhrum edildi

Ümumdünya Kikboksinq Təşkilatı Assosiasiyası (WAKO) 2021-ci il dünya çempionatını Rusiyanın paytaxtı Moskvada keçirməkdən imtina edib.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci il dekabrın 17-də Ümumdünya Antidopinq Agentliyinin (WADA) iddiasını qismən dəstəklədikdən sonra qəbul edilib.

WADA Rusiya Antidopinq Agentliyini (RUSADA) Ümumdünya Antidopinq Kodeksinə uyğun statusundan məhrum edib. CAS-ın qərarı nəticəsində 2022-ci il dekabrınadək Olimpiya Oyunlarında və dünya çempionatlarında Rusiya idmançıları bayraq və himn olmadan çıxış edəcəklər. Qərar Rusiyanı dünya çempionatlarına iddia etməkdən və təşkilatçılıq hüququndan da məhrum edir.

Qeyd edək ki, dünya çempionatı 5 - 14 noyabrda keçirilməli idi. Yeni məkan martda müəyyənləşdiriləcək.

Tarix
2 Mart 2021 [10:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-02 10:20:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin