Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub

Türkiyədə aşağı və orta yoluxma riski olan vilayətlərdə həftə sonu komendant saatı tamamilə ləğv olunur.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Nazirlər Kabinetinin iclasında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan eyni zamanda, yüksək və çox yüksək yoluxma riski olan vilayətlərdə komendant saatının qüvvədə qalacağını da qeyd edib. Komendant saatı ölkə daxilində 21:00-dan səhər 5:00-a qədər qüvvədə olacaq.

Dövlət başçısı, həmçinin bildirib ki, məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində, eləcə də 8 və 12-ci siniflərdə tədris bərpa olunacaq.

Türkiyə prezidenti, restoran, yeməkxana və bufetlərin yoluxma riski çox yüksək olan vilayətlər xaricində onların 50-dən çox olmayaraq dolması şərti ilə saat 07:00-dan 19: 00-dək fəaliyyətini davam etdirə biləcəyini deyib.

Tarix
1 Mart 2021 [23:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-01 23:02:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin