Afaq Bəşirqızının səhhətində problem yaranıb

16:51 - 1 Mart 2021 - Mədəniyyət

Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib.

Verilişin aparıcısı Elgiz Əkbər qeyd edib ki, aktrisa 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Bildirilib ki, xəstəlik ağır formada yenidən qayıdıb:

“Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi əvvəlkindən də çox ağrıyır. Afaq xanım uzun müddətdir kök hüceyrə mütəxəsissləri araşdırır”.

 

Xəbər xətti