Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi başlayır

12:51 - 1 Mart 2021 - Xəbər

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi başlayır.

Təhsil Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, müsabiqə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında layihə təkliflərinin qəbulu, texniki ekspertiza, məzmun ekspertizası, qaliblərin elan edilməsi mərhələləri üzrə keçiriləcək.

Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: 1) “Fərdi” kateqoriya” və 2) “Ümumi təhsil müəssisələri”.
Müsabiqə fondunun büdcəsi 1000000 (bir milyon) manat təşkil edir.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 01.03.2021-01.04.2021 tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçirilir.
 

Xəbər xətti