Daha 10 qazi Türkiyəyə müalicəyə göndərildi

12:33 - 1 Mart 2021 - Cəmiyyət

Ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Ucnoqta.az-a verilən məlumata görə, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Qeyd edək ki, Fond tərəfindən bu günə qədər 23 qazi müalicə üçün Türkiyəyə göndərilib.

Xəbər xətti