Tarix xəyanəti bağışlamır

11:07 - 1 Mart 2021 - Xəbər

Tarixin səhifələrini dəyişmək heç vaxt mümkün deyil. Tarixin müxtəlif şərhləri ola bilər, müxtəlif yanaşmalar ola bilər ama faktlar faktlığında qalır. Faktın qarşısında hər şey acizdir.

Vətəni sevmək təkcə onun haqqında fikirlər səsləndirmək deyil geniş bir anlayışdır. Vətənə bağlılıq torpağa bağlılıq dərin bir duyğudur, kifayət qədər dərin bir hissdir.

Təəssüflər olsun ki hər kəs bu hissi sonuna qədər dərk etmək iqtidarında deyil. Bəzilərinin təkəbbürü və siyasi məğlubiyyəti o həddə gəlib çıxır ki, onlar təkcə siyasi hakimiyyətə qarşı deyil, dövlətçiliyə, xalqa qarşı çıxmaqla dövlətimizə nifrət hissi bəsləyirlər.

Bu aqressiyanı yaradan səbəblər şübhəsiz ki, onların mənfur düşüncələrindən irəli gəlir. Qələbəmizi kiçiltməyə çalışanlar, Prezidentimizin apardığı siyasətinə kölgə salmaq istəyənlər vaxtilə torpaqlarımızı öz əlləri ilə satanlardır. Sirr deyildir ki, vaxtilə Qarabağın qəsbkarlar tərəfindən işğal edilməsinin səbəbi AXC-Müsavat hakimiyyətinin torpaqlarımızı qoruya bilməməsi olub.

Məqsədləri hakimiyyəti ələ keçirib, var dövlət toplamaq olan xəyanətkatlar həmin vaxt cəbhədə olan bütün qüvvələri paytaxta gətirib, torpaqlarımızın ermənilər tərəfindən işğal olunması üçün əlverişli şərait yaradıblar. Məhz bu səriştəsizlərin əməlləri nəticəsində neçə illərdir ki,  dilbər guşələrimiz işğal altında qalıb, təbii sərvətlərimiz düşmən tərəfindən talan olunub, minlərlə mədəni-tarixi abidələrimiz məhv edilib.

Həmin dövrdəki hakimiyyətin xəyanətini görən uzaqgörən xalqımız xəyanətkar hakimiyyətin apardığı siyasət nəticəsində ölkəmizin başına daha böyük bəlalar gəlməməsi üçün Azərbaycanın böyük oğlu, dahi siyasətçi, Ulu Öndər Heydər Əliyevdən kömək istədi.

Ulu Öndərin hakimiyyətə gəlişi ilə onun fəaliyyətinin prioritet istiqamətlərindən biri ölkədəki vətəndaş müharibəsinin qarşısını almaq, torpaqlarımızın işğaldan azad edilməsi oldu. Ümummilli liderin yürütdüyü düşünülmüş xarici siyasət nəticəsində həmin dövrdə haqq səsimiz, düşmən tərəfindən işğala məruz qalmağımız dünya dövlətlərinə, dünya mediasına çatdırıldı.

Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də bu siyasət ən yüksək səviyyədə davam etdirildi, ölkə başçısının möhkəm iradəsi nəticəsində beynəlxalq arenada ermənilərin işğalçılıq siyasətini ifşa edən  onlarla qətnamə və sənədlər qəbul olundu.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə vəd etdiyi sözü tutaraq, düşmənə öz yerini hərb meydanında göstərdi.  
Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox qısa müddətdə, 44 gün ərzində beynəlxalq hüquqla ölkəmizə aid olan dədə-baba torpaqlarımızı işğaldan azad etdi. Bununla da vaxtilə xəyanətkar AXC-Müsavat hakimiyyəti tərəfindən ermənilərə pay olaraq verilən doğma torpaqlarımızda artıq üç rəngli bayrağımız dalğalanır.

İnanırıq ki, Qarabağ torpaqları yenidən Azərbaycanın dilbər guşələrinə çevriləcəkdir.

İlahə Məmmədova
YAP Neftçala rayon təşkilatının Gənclər Birliyinin üzvü

Xəbər xətti