Samuxda 2 nəfəri bıçaqlayan şəxs saxlanıldı

10:06 - 1 Mart 2021 - HADİSƏ

Samux rayonunda 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun verdiyi məlumata görə, rayonun Qarabağlar kəndində Samux rayon sakinləri - 37 yaşlı Elçin Məmmədov və 46 yaşlı Eldəniz Həsənov bıçaqlanıblar.

Aparılan araşdırmalar nəticəsində onların, Samux rayon sakini, 1969-cu il təvəllüdlü Asəf Muradov tərəfindən bıçaqlandığı məlum olub.

O bildirib ki, xəsarət alan hər iki yaralı xəstəxanaya yerləşdirilib:

"Qarabağlar kəndində əkin sahəsində A.Muradovla E.Həsənovun aralarında mübahisə yaranıb. Bu zaman onların yanında olan E.Məmmədov onları ayırmağa çalışıb. A.Muradov hər ikisinə bir bıçaq xəsarəti yetirib. Daha sonra hadisə yerindən qaçıb. Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, soyuq silahla birgə saxlanılıb."

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Xəbər xətti