"Meyvəli" bazarında YANĞIN söndürülüb (Yenilənib)

22:37 - 28 Fevral 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazar adlanan ticarət mərkəzində yerləşən mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Ucnoqta.az-a bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

21:07

Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, yanğın ərzaq mağazalarını birində qeydə alınıb.
Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat verilmir.

Xəbər xətti