Türkiyədə daha 8424 nəfər COVID-19-a yoluxub

21:00 - 28 Fevral 2021 - DÜNYA

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 66 nəfər ölüb. 

Son 24 saatda daha 8424 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6511, ağır xəstələr isə 1191 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 701 588 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 572 234 nəfər sağalıb, 28 569 nəfər isə ölüb.
Türkiyədə don sutkada 109 639, hazırkı dövrədək isə 33 175 016 koronavirus testi aparılıb.///Apa

Xəbər xətti