Azərbaycanda müğənni ürək tutmasından vəfat etdi

16:54 - 28 Fevral 2021 - HADİSƏ

Azərbaycanda müğənni ürək tutmasından vəfat edib.

Unikal.org xəbər verir ki, Gəncə şəhərində yaşayan müğənni Rəhim Quliyev qəfil ürək tutması nəticəsində həyatını itirib. Sənətçinin səhhəti bir anda pisləşib və vəfat edib.
Rəhim Quliyev müğənniliklə yanaşı, xanəndəlik tədrisi ilə də məşğul olurdu.

Mərhum Gəncə Musiqi Kollecinin müəllimi olub.

Xəbər xətti