Paşinyan Baş Qərargah rəisinin istefası üçün yenidən prezidentə müraciət edib

20:02 - 27 Fevral 2021 - DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyanın onun qərarını geri qaytarmasına etiraz edib.

APA-nın "RİA Novosti"yə istinadən məlumatına görə, Baş nazir Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması təklifini yenidən prezidentə göndərib.

“Prezident Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı qərarı geri göndərdi. Bu qərar mövcud vəziyyətin həllinə kömək etmir. Bir daha, müəyyən olunmuş prosedura uyğun olaraq, prezidentə imzasını gözləyərək baş qərargah rəisinin istefası üçün vəsatət göndərəcəyəm”, - deyə Paşinyan “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.

Xəbər xətti