Şəhid polkovnik-leytenant dəfn edildi

13:06 - 27 Fevral 2021 - Xəbər

Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

 Y.Sadıqov doğulduğu Füzulinin Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Y.Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb.

Y.Sadıqov ailəli idi, iki övladı var.///report


Xəbər xətti