Şimal Buzlu okeanında buzlər əriyəcək

13:19 - 27 Fevral 2021 - MARAQLI

Şimal Buzlu okeanında iqlimin təsiri ilə vəziyyət dəyişəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun baş elmi əməkdaşı Stanislav Martyanov deyib. O, okeanın 35 il sonra buzla örtülməyəcəyini bildirib:

“Biz istixana qazlarının səviyyəsinin artması sayəsində iqlim dəyişikliklərinin Şimal Buzlu okeanının ekosisteminə təsirinin nəticələri ilə bağlı fərqli ssenariləri modelləşdirə bildik. Riyazi modellərdən birinin istifadəsi əsasında əldə olunan nəticələrə əsasən, Şimal Buzlu okeanı 2055-ci ildə sentyabr ayında buzdan azad hala gələcək. XXI əsrin sonunda isə dörd ay – iyuldan noyabra qədər buzdan tam azad olacaq”.

Xəbər xətti