Romadakı turnirə iki məşhur idmançımız aparılacaq

21:10 - 26 Fevral 2021 - İDMAN

4-7 mart tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək “Matteo Pellikoni” adlı reytinq yarışında Azərbaycanın iki güləşçisi iştirak edəcək.

Bunlar dağıstanlı Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov (97 kq) və ukraynalı Olimpiya mükafatçımız, dünya və Avropa çempionumuz Mariya Stadnikdir (50 kq).

Qeyd edək ki, Olimpiadaya lisenziyanı təmin etmiş Şərif Şərifov bugündən start götürən Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq turnirdə də iştirak etməliydi. Lakin sonradan təcrübəli idmançının Romaya aparılması qərara alınıb.

Onu da bildirək ki, ilin sonunda güləşçilərin reytinqi açıqlanır. Hər çəki dərəcəsinin lideri 10 min, ikinci yerin sahibi 7 min, ilk “üçlüy”ü tamamlayan güləşçi isə 3 min dollarla mükafatlandırılacaq.///oxu.az

Xəbər xətti