Akar ABŞ-ın S-400 təklifinə cavab verdi

17:49 - 26 Fevral 2021 - DÜNYA

S-400 məsələsində xüsusilə F-35-ə bəzi məhdudiyyətlərin qoyulması müttəfiqlik ruhuna uyğun deyil.

Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“ABŞ-dan "Patriot" sistemləri almaq istəyirdik, lakin müxtəlif səbəblərdən bu mümkün olmadı. Rusiyadan S-400 aldıq. Türkiyə sadəcə, suverenlik hüququndan istifadə edib. 10 ildir ki, ABŞ-a etdiyimiz təkliflərə kifayət qədər uyğun cavab almamışıq. S-400-ü müstəqil şəkildə istifadə edəcəyik. Bu sistemlərdən təhdid və təhlükəyə ehtiyac olduğu zaman istifadə olunur", - deyə Akar bildirib.

Qeyd edək ki, ABŞ Türkiyənin S-400-dən istifadə etməməsi gərəkdiyini bildirmişdi.

Xəbər xətti