Azərbaycanda avtomobildən 25 min manat oğurladılar

12:50 - 26 Fevral 2021 - HADİSƏ

Xaçmazda avtomobildən külli miqdarda pul oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 25.000 manat pul və içərisində sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti