Türkiyə Müdafiə Nazirliyindən Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM- FOTO

12:30 - 26 Fevral 2021 - Xəbər

“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türkü qardaşlarımızın ağrısını ürəyimizdə yaşamağa davam edirik”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşımında bildirilib.

“Beşikdəki körpələri belə öldürməkdən çəkinməyən caniləri unutmadıq və unutdurmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik!”, - deyə qeyd olunub.

Xəbər xətti