Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib - FOTO

10:22 - 26 Fevral 2021 - Xəbər

Azərbaycanın I Vitse-Prezidenti Mehriban Əliyeva sosial şəbəkələrdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.


Xəbər xətti