İrəvanda parlament binası qarşısında barrikadalar qurulub

23:37 - 25 Fevral 2021 - DÜNYA

İrəvanda etirazçılar parlament qarşısındakı Baqramyan küçəsini bağlayıblar.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, birləşmiş müxalifətin nümayəndəsi İşxan Saqatelyan sözügedən ərazidə barrikadaların qurulduğunu bildirib.

“Biz iki tərəfdən Baqramyan küçəsini bağlamışıq. Ərazidə çadırlar qurmaqda və tonqallar qalamaqda davam edirik”, - deyə o qeyd edib.

Həmçinin İ.Saqatelyan bəyan edib ki, etiraz aksiyaları Baş nazir Nikol Paşinyan istefa verənədək davam edəcək.

Xəbər xətti