"Qarabağ" Xocalı soyqırımına görə oyuna xüsusi forma ilə çıxdı

19:15 - 25 Fevral 2021 - İDMAN

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XVII turunun "Səbail"lə oyununda təqdirəlayiq addım atıb.

"Report" xəbər verir ki, Ağdam təmsilçisinin futbolçuları Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı meydana üzərində faciə qurbanlarının sayı (613) və "Justice for Khojaly" (Xocalıya ədalət) sözləri yazılmış xüsusi forma ilə çıxıblar.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

Xəbər xətti