Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi

15:03 - 25 Fevral 2021 - Xəbər

Əməkdar artist Zöhrə Abdullayevanın səhhətində problem yaranıb.

Ucnoqta.az Axşam-az-a istinadən xəbər verir ki, ayaqları ağrıyan müğənni neçə gündür xəstəxanaya yerləşdirilib.
Bu haqda danışan ifaçı revmatizmdən əziyyət çəkdiyini bildirib:

“Bu gün səhər xəstəxanadan çıxdım, indi yaxşıyam. Səhv müalicələrlə məni qara günə qoydular. Professor Sahib Musayev məni xilas edib. Revmatizmdən sümüklərim ağrıyırdı. Həm də balamı istəyirəm".

Aparıcı Zaur kamal isə "Həmin Zaur" proqramında Z.Abdullayeva haqda "Deyir, xəstəyəm, ayaqlarım tutulub. Əlil arabasında aparıb gətirirlər" sözlərini söyləyib.
Qeyd edək ki, müğənni bir neçə il əvvəl oğlunu itirib.

Xəbər xətti