“Azerspace-2” vasitəsilə Afrikada rəqəmsal yayım təqdim edilir

14:19 - 25 Fevral 2021 - Xəbər

Dünyanın bir çox televiziya və radio kanalları platformasında qlobal yayım xidmətləri göstərən “View Satellite Network” şirkəti “Azərkosmos”la əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən “View Satellite Network” Afrikadakı müştərilərinə “Azerspace-2” peykinin resursları vasitəsilə HD standartında rəqəmsal yayım təqdim edir.
“Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib ki, “View Satellite Network” şirkətinin müasir və yüksək texnologiyalı yayım şəbəkələri “Azerspace-2” peykinin imkanlarının səmərəli istifadəsinə zəmanət verir:

“Bizim əməkdaşlığımız Afrikadakı gələcək layihələrimiz üçün “Azərkosmos”un etibarlı partnyor olduğunu bir daha sübut edəcək”.

“Bu əməkdaşlıq sayəsində, xüsusilə Qərbi Afrika bölgəsində olan milyonlarla izləyicimiz üçün populyar kanalları HD formatında fasiləsiz yayımlayacağıq”, - deyə “View Satellite Network” şirkətinin baş icraçı direktoru Maksvel Osei bildirib.

Xəbər xətti