Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

12:59 - 25 Fevral 2021 - DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.

N. Paşinyan bu barədə “Facebook” səhifəsindən canlı yayımda bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.///Apa

Xəbər xətti