Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kələxana kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri Kavus Şiralıyev və Hacı Məmmədov olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, hər iki silaha məxsus 39 ədəd patron, eləcə də ovladıqları çöl quşları götürülüb.

Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Qaleybuğurd kənd sakini Aqil Cəlilovdan qanunsuz olaraq saxladığı “Toz” markalı odlu silah aşkar olunaraq götürülüb.

Hər üç şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Tarix
25 Fevral 2021 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-25 12:53:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin