Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxundu

11:49 - 25 Fevral 2021 - DÜNYA

Moskvanın Nikulin rayon Məhkəməsi Azərbaycan restoranına hücum edən Ermənistandan olan 7 nəfərə hökm oxuyub.

"Report" TASS-a istinadən xəbər verir ki, onların hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt və Nareq Petrosyan, habelə Razmiq Saakyanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (silah olaraq istifadə olunan əşyaların tətbiqi ilə xuliqanlıq) ilə təqsirli bilib və onları iki il müddətinə azadlıqdan məhrum edib. Həmin şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər.

Xəbər xətti