Ağdaşda 7 otaqlı ev yanıb

19:37 - 24 Fevral 2021 - HADİSƏ

Ağdaş rayonunda ev yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² olan kürsülü birmərtəbəli 7 otaqlı evin 4 otağının tavanı və ev əşyaları 142 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti