Bakıya bir ayın yağıntısı bir gündə yağıb

18:00 - 24 Fevral 2021 - Xəbər

Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yağıntı dünən axşamdan başlayıb və təxminən 24 saat ərzində qeydə alınıb:
“Hazırda bəzi yerlərdə arabir də olsa qar yağır, lakin artıq güclü deyil. Bu gecə qar səngiyəcək. Ən kəskin dövr geridə qaldı. Lakin gecə mənfi 9 dərəcə şaxtaya görə fevralın 25-i gecə və səhər yollar buz bağlayacaq”.

Xəbər xətti